Polşanın Azərbaycana birbaşa investisiyaları 61,5 dəfə artıb

Polşanın Azərbaycana birbaşa investisiyaları 61,5 dəfə artıb

BANK
339

2026-cı ilin birinci rübündə Polşanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyası 2,399 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xaricə yönəldilmiş xarici birbaşa investisiyalar" hesabatında bildirilib.

Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,360 milyon dollar və ya 61,5 dəfə artıb.

Məlumata görə, hesabat dövründə Polşanın Azərbaycana qoyduğu birbaşa investisiyaların ümumi xarici birbaşa investisiyalarda payı 0,1% təşkil edib.

Qeyd olunub ki, 2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların ümumi həcmi 1,720 milyard dollara çatıb. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon dollar və ya 13,2% çoxdur.

Hesabatda o da vurğulanıb ki, eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1,11 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 794,7 milyon dollar və ya 3,5 dəfə artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşanın Azərbaycana birbaşa investisiyaları 61,5 dəfə artıb — Fins.az — Fins.az