“PAŞA Bank” rəqəmsal transformasiya nəticələrini açıqlayıb

“PAŞA Bank” rəqəmsal transformasiya nəticələrini açıqlayıb

BANK
404

“PAŞA Bank” rəqəmsal məhsullar və ödəniş həlləri istiqamətində mühüm nəticələr əldə edib.

Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev “PAŞA Bank”ın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bankın B2B və rəqəmsal xidmət transformasiyası çərçivəsində hesab açılışı prosesinin müddəti 4-5 iş günündən 1-2 dəqiqəyə endirilib.

Cavid Quliyev qeyd edib ki, akvayrinq seqmentində də mühüm irəliləyişlər əldə olunub. Belə ki, POS terminalın təqdim edilmə müddəti 12 gündən 6 günə qədər azaldılıb.

Bundan əlavə, “POS Cashout” xidməti, Dynamic Currency Conversion (DCC) və UnionPay token əsaslı POS ödəniş həlləri bazara təqdim edilib.

Mətbuat konfransında bildirilib ki, yeni həllər və xidmət təkmilləşdirmələri nəticəsində POS müraciətləri üzrə onboarding müddəti 3 gündən 10 dəqiqəyə qədər qısaldılıb.

Bank rəhbərinin sözlərinə görə, təchizat zənciri maliyyələşməsi (Supply Chain Finance) istiqamətində portfel 3 dəfə artıb və bazardakı ən yaxın rəqiblərlə müqayisədə əhəmiyyətli inkişaf nümayiş etdirib.

Eyni zamanda, paylama zəncirinin maliyyələşdirilməsi (Distribution Chain Finance) üzrə müştərilərin vəsait əldə etmə müddəti də 10 dəfə azaldılıb.

Cavid Quliyev əlavə edib ki, “Fast Payment” funksiyasının istifadəyə verilməsindən sonra bankın aktiv mobil istifadəçi bazası 7 300 nəfəri ötüb.

Onun sözlərinə görə, müştəri məmnuniyyəti indeksi (CSI) 97,5 faiz təşkil edib ki, bu da bankın xidmət keyfiyyətinin yüksək səviyyədə olduğunu göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Bank” rəqəmsal transformasiya nəticələrini açıqlayıb — Fins.az — Fins.az