
PAŞA Bank, balansında olan işlənmiş avtomobilləri hərrac yolu ilə satışa çıxarır
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satınalma təkliflərini 20.11.2020 il tarixinədək qapalı zərflərdə PAŞA Banka təqdim etməlidir.
Təklifdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
• Fiziki şəxslər üçün: təklifin qiyməti, şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.
• Hüquqi şəxslər üçün: təklifin qiyməti, şirkətin hüquqi sahibinin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.
Avtomobillərin sayı - 5. Avtomobillər yalnız bir lotda satılacaq, ayrılıqda satışı mümkün deyil.
Əlavə qeydlər:
1. Avtomobillərin Dövlət Yol Polisi idarəsində qeydiyyatı alıcının hesabına aparılacaqdır;
2. ƏDV Bank tərəfindən ödəniləcəkdir;
3. Alğı-satqı əməliyyatı yalnız bank hesabı üzərindən həyata keçiriləcəkdir (nağdsız şəkildə).
Təkliflərin göndəriləcəyi ünvan: PAŞA Bankın Baş ofisi, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı, AZ1005, Azərbaycan.
Məsul şəxs: Səidə Babayeva, Satınalmalar və inzibatçılıq departamentinin mütəxəssisi
Avtomobillər haqqında ətraflı məlumat və başlanğıc qiyməti aşağıda göstərilib:
| Marka | Marka | Tipi | Rəng | Bura- xılış il |
Qeydiyyat nişanı köhnə (yeni) |
Mühər- rikin həcmi |
Yürüş, Km | Başlanğıc qiyməti |
| Lexus | ES-350 | Sedan | Ağ Mirvari | 2016 | 10-PB-516 (99-PH-359) |
3,500 | 141,603 | 47,000.00 ₼ |
| Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-203 (99-PH-345) |
3,500 | 201,254 | 38,000.00 ₼ |
| Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-204 (99-PH-347) |
3,500 | 108,963 | 46,000.00 ₼ |
| Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-205 (99-PH-378) |
3,500 | 177,624 | 40,000.00 ₼ |
| Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PB-208 (99-PH-324) |
3,500 | 136,356 | 43,000.00 ₼ |