
"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı baş tutacaq
3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan səhmlərin abunə yazılışı 13 Aprel-12 May (daxil) 2026 ci il tarixi aralığında baş tutacaq.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "PAŞA BANK" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1012006628 |
Səhmlərin növü və forması | Sənədsiz adlı, adi səhmlər |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 932,926 ədəd |
İlkin ticarət qiyməti | 55 manat |
Buraxılış həcmi | 51,310,930 manat |
Ticarətə buraxılma tarixi | Yerləşdirmə tarixi emitent tərəfindən bildiriləcək |
Əsas Anderrayter Anderrayter Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Unicapital İnvestisiya Şirkəti” ASC |