Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

BANK
337

2025-ci ildə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,129 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü il ilə müqayisədə 4,2 milyon dollar və ya 38,1% çoxdur. Hər iki ölkə arasındakı ümumi xarici pul köçürmələrində Özbəkistanın payı 1,3% olub.

Eyni dövrdə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,026 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 589 min dollar və ya 12,8% azalma deməkdir. Bu istiqamətdə ümumi xarici köçürmələrdə Özbəkistanın payı 0,8% təşkil edib.

2024-cü ildə Azərbaycandan Özbəkistana pul köçürmələri 4,615 milyon dollar, əks istiqamətdə isə 10,956 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin köçürmələrinin ümumi həcmi 505,139 milyon dollar olub ki, bu da əvvəlki ilə müqayisədə 21,6 milyon dollar və ya 4,1% azalma deməkdir. Eyni zamanda, xaricdən Azərbaycana köçürmələr 1,177 milyard dollar təşkil edib və bu, 2024-cü illə müqayisədə 94,1 milyon dollar və ya 8,7% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Özbəkistandan Azərbaycana pul köçürmələri artıb — Fins.az — Fins.az