Ötən ilin dekabrında inflyasiya Mərkəzi Bankın hədəfinə uyğun olub

Ötən ilin dekabrında inflyasiya Mərkəzi Bankın hədəfinə uyğun olub

BANK
1,247

2024-cü ilin dekabr ayında illik inflyasiya 4.9% təşkil edib və bu, Mərkəzi Bankın hədəf diapazonu (4±2%) daxilində olub.

Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, hesabat ilində ərzaq məhsulları üzrə illik inflyasiya 5.5% olub, qeyri-ərzaq məhsulları isə 2.4% bahalaşıb. Xidmət sahəsində illik inflyasiya 6.3% təşkil edib. Tənzimlənən qiymətlər və mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə dekabr ayında 4.4% olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən ilin dekabrında inflyasiya Mərkəzi Bankın hədəfinə uyğun olub — Fins.az — Fins.az