Ötən il sahibkarlara 127 milyon manatadək güzəştli kredit verilib

Ötən il sahibkarlara 127 milyon manatadək güzəştli kredit verilib

BANK
360

Bakı, 14 yanvar Fins.az

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ötən illərdə olduğu kimi, 2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.

Fins.az xəbər verir ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il sahibkarlara 127 milyon manatadək güzəştli kredit verilib — Fins.az — Fins.az