Ötən il cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit qeydə alınıb

Ötən il cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit qeydə alınıb

BANK
397

2025-ci ildə Azərbaycanda cari əməliyyatlar balansında 3,5 milyard ABŞ dolları həcmində profisit formalaşıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu göstərici ümumi daxili məhsulun (ÜDM) 4,6 faizinə bərabər olub.

Qeyd olunub ki, ötən il neft-qaz sektoru üzrə 13,8 milyard dollar həcmində profisit qeydə alındığı halda, qeyri-neft-qaz sektoru üzrə 10,4 milyard dollar kəsir formalaşıb.

Bildirilib ki, 2025-ci il üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahidə olunan qiymət və indeks dəyişkənliyindən təsirlənib. Hesabat dövründə kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb.

Məlumata əsasən, cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 4,6 faiz təşkil etməsi makroiqtisadi sabitlik baxımından müsbət qiymətləndirilir.

Eyni zamanda, dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1,4 milyard dollar azalıb. Bununla yanaşı, strateji valyuta ehtiyatları 14,1 milyard dollar artaraq dövrün sonuna 85,1 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit qeydə alınıb — Fins.az — Fins.az