Onlayn cari hesab xidmətləri maliyyə əməliyyatlarını asanlaşdırır

Onlayn cari hesab xidmətləri maliyyə əməliyyatlarını asanlaşdırır

BANK
189

Fins.azBank of Baku ASC müştərilərinə banka gəlmədən onlayn cari hesab açmaq imkanı təqdim edir.

Bankın təqdim etdiyi xidmət sayəsində müştərilər cəmi bir neçə dəqiqə ərzində onlayn cari hesab açaraq maliyyə işlərini daha rahat və operativ şəkildə həyata keçirə bilərlər.

Onlayn cari hesabın əsas üstünlüklərindən biri məsafədən xidmət imkanının təqdim edilməsidir. Belə ki, hesab açmaq üçün banka getməyə ehtiyac qalmır və bütün proses tamamilə onlayn şəkildə həyata keçirilir.

Xidmət həmçinin sürət və rahatlıq baxımından istifadəçilərə üstünlüklər yaradır. Müştərilər istənilən vaxt və istənilən yerdən cari hesab aça bilirlər.

Bankın məlumatına görə, onlayn cari hesab xidməti zamanı şəxsi məlumatların qorunması üçün ən müasir təhlükəsizlik standartlarına riayət olunur. Bununla da müştərilərin məlumatlarının təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Onlayn cari hesab xidmətləri maliyyə əməliyyatlarını asanlaşdırır — Fins.az — Fins.az