
Neft Fondu xarici valyuta satışını 1% azaldıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin iyun ayında valyuta hərraclarında $278,1 milyon məbləğində xarici valyuta satıb.
"Fins.az" xəbər verir RDNF cari ilin may ayında valyuta hərraclarında $288 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, iyun ayında xarici valyuta satışının həcmi may ayı ilə müqayisədə 3,5% azalıb.
2022-ci ilin I yarısında ARDNF valyuta hərraclarında $2 milyard 739,2 milyon məbləğində xarici valyuta (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 1%) satıb.