Multimodal daşımalar üçün inteqrasiya olunmuş logistika həlli təqdim edilir

Multimodal daşımalar üçün inteqrasiya olunmuş logistika həlli təqdim edilir

BANK
285

Fins.az - Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ beynəlxalq sertifikatlara malik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən və Azərbaycanda inteqrasiya olunmuş ilk özəl logistika mərkəzi kimi multimodal tranzit əməliyyatları üzrə xidmətlərini təqdim edir.

Məlumata görə, mərkəz Azərbaycan üzərindən sərfəli tranzit daşımaların həyata keçirilməsini təklif edir. Şirkət avto-dəmiryolu və dəmiryolu-avto formatında multimodal tranzit əməliyyatlarının təşkilini təmin edir.

Qeyd olunur ki, logistika mərkəzinin əsas üstünlüklərindən biri dəmiryolu və avtomobil yollarının kəsişməsində yerləşməsidir. Bununla yanaşı, gömrük statuslu anbarların mövcudluğu, eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yollarının sistemlərinə inteqrasiya olunmuş infrastruktur əməliyyatların daha səmərəli həyata keçirilməsinə şərait yaradır.

Bildirilib ki, terminal ay ərzində 10 min TEU konteyner və 8 min vaqon qəbul etmə, həmçinin yükləmə-boşaltma gücünə malikdir. Mərkəzin yükaşırma qabiliyyəti sutkada 30 min ton, ildə isə 11 milyon ton təşkil edir.

Məlumata əsasən, əməliyyatların operativ icrası üçün müasir infrastruktur, texniki avadanlıqlar və peşəkar heyət fəaliyyət göstərir. Eyni zamanda, bütün logistika xidmətlərinin bir nöqtədən idarə olunmasına imkan verən vahid pəncərə sistemi tətbiq edilir.

Qeyd edilir ki, ABŞERON LOGİSTİKA MƏRKƏZİ fəaliyyətini beynəlxalq standartlara uyğun qurub və ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 sertifikatlarına malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Multimodal daşımalar üçün inteqrasiya olunmuş logistika həlli təqdim edilir — Fins.az — Fins.az