“Muğanbank”ın əsas səhmdarı kapitalda payını 66%-dək artırıb

“Muğanbank”ın əsas səhmdarı kapitalda payını 66%-dək artırıb

BANK
714

2019-cu ildə “Muğanbank” ASC-nin əsas səhmdarı Elmir Mehdiyev bankın kapitalında öz payını 66,17%-dək artırıb.

2018-ci ilin yekunları üzrə “Muğanbank”ın kapitalında Mehdiyevin payı 63,5% təşkil edib.

Bankın illik hesabatına əsasən, Elmir Mehdiyevin payının artımı 3 səhmdarın paylarının azalması hesabına baş verib. Xüsusilə, Maqbet Mehdiyevin payı 12,14%-dək (2018-ci ildə - 13,1%), Vəfa Vəliyevanın - 11,17%-dək (12,05%), Fəridə Mehdiyevanın – 10,52%-dək (11,35%) azalıb.

2019-cu ildə “Muğanbank”ın səhmdar kapitalı 3% - 102,5 milyon manatadək artıb.

Audit olunmuş maliyyə hesabatına əsasən, 2019-cu ilin yekunları üzrə MHBS üzrə bankın aktivləri 2018-ci ilin sonuna 525,272 milyon manata qarşı 604,162 milyon manatadək artıb.

2020-ci ilin əvvvəlinə bankın öhdəlikləri 568,326 milyon manat həcmində qiymətləndirilir (2018-ci ilin sonuna – 469,184 milyon manat).

Həmçinin, 2019-cu ilin sonuna bankın kapitalı 35,836 milyon manat həcmində qiymətləndirilir, bu da bankların kapitalına minimal tələbdən azdır.

“Muğanbank” ASC 1992-ci ildə yaradılıb.

(c)İnterfax Azərbaycan 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Muğanbank”ın əsas səhmdarı kapitalda payını 66%-dək artırıb — Fins.az — Fins.az