Moody's Ukraynanın kredit reytinqini aşağı salıb

Moody's Ukraynanın kredit reytinqini aşağı salıb

BANK
1,260

Beynəlxalq kredit reytinqi agentliyi Moody's Ukraynanın kredit reytinqini "B3"dən "Caa2"yə endirib.
"Fins.az"xəbər verir ki, Moody's Ukraynanın kredit reytinqinin aşağı salındığını açıqlayıb.

Məlumata görə, açıqlamada ölkənin kredit reytinqinin “B3”-dən “Caa2”-yə endirildiyi və daha da aşağı salınması üçün kredit reytinqinin nəzərdən keçirildiyi qeyd edilib.

Bəyanatda Rusiyanın Ukraynaya hücumunun Ukraynanın borclarını ödəmə qabiliyyətinə zərər verəcəyi, müharibənin Ukraynanın istehsal gücünə ziyan vurduğu üçün Ukraynanın iqtisadi və maliyyə gücünə ciddi təsir edəcəyi bildirilib.

Moody's fevralın 25-də Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya və Ukraynanın kredit reytinqlərinin nəzərdən keçirildiyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Moody's Ukraynanın kredit reytinqini aşağı salıb — Fins.az — Fins.az