
Moody’s: Azərbaycan bank sektorunun perspektivi “müsbət”dir
Fins.az - Moody's Azərbaycanın bank sistemi üzrə “müsbət” proqnozu saxlayıb.
Agentlik bildirir ki, hökumət bank sektorunu dəstəkləmək üçün kifayət qədər maliyyə resurslarına malikdir və ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 108%-ni üstələyir.
Hesabata görə, növbəti 12–18 ayda bankların aktiv keyfiyyəti və mənfəətliliyi yüksək səviyyədə qalacaq. Problemli kreditlərin payı 2,5% təşkil edir, ehtiyatlarla təminat isə 220%-i ötüb.
Bank sektorunun kapitallaşma səviyyəsi yüksək olaraq qalır – TCE/RWA nisbəti 20%-dir. Depozitlər öhdəliklərin 77%-ni təşkil edir, dollarlaşma isə 37%-ə qədər azalıb.
Agentlik qeyd edir ki, sabit makroiqtisadi mühit və dövlət dəstəyi sektorun dayanıqlığını qoruyacaq.