Mobil bankçılıq vasitəsilə hesab idarəçiliyi və ödənişlər daha çevik olur

Mobil bankçılıq vasitəsilə hesab idarəçiliyi və ödənişlər daha çevik olur

BANK
287

Fins.az - Bank of Baku ASC müştərilərə rəqəmsal bank xidmətlərini daha rahat və sürətli şəkildə istifadə etmək imkanı yaradan “Dostbank” mobil bankçılıq tətbiqini təqdim edir. Tətbiq vasitəsilə istifadəçilər bank əməliyyatlarını mobil telefon üzərindən, olduqları məkandan asılı olmayaraq onlayn rejimdə həyata keçirə və hesablarına 24/7 nəzarət edə bilirlər.

Bankın məlumatına görə, tətbiqə qeydiyyat iki fərqli formada həyata keçirilir.

Bank of Baku müştəriləri “Google Play” və ya “App Store” üzərindən Dostbank tətbiqini yükləyərək “BoB müştərisiyəm” bölməsini seçir, şəxsi müştəri kodu və şifrə ilə daxil olurlar. Daha sonra mobil nömrəyə göndərilən birdəfəlik OTP kodu ilə təsdiqləmə aparılır və PİN kod yaradılır.

Qeyri-müştərilər isə “BoB müştərisi deyiləm” bölməsini seçərək mobil nömrə ilə qeydiyyatdan keçir, OTP təsdiqi edir və “SİMA İMZA” vasitəsilə şəxsiyyət məlumatlarını daxil edərək avtorizasiya və müqavilə prosesini tamamlayırlar. Prosesin sonunda istifadəçi PİN kod yaradır.

Qeyd olunur ki, Dostbank tətbiqi barmaq izi və üz tanıma ilə giriş (Touch ID və Face ID), daxili və ölkədaxili köçürmələr, valyuta konvertasiyası, məzənnələrin izlənməsi və kartlar arasında komissiyasız köçürmələr kimi funksiyaları əhatə edir.

Bildirilib ki, istifadəçilər kartların balansını izləyə, çıxarış əldə edə və kartları 24/7 bloklaya bilirlər. Tətbiq cari, depozit və kredit hesablarının idarə olunmasını, ATM və filialların xəritə üzərindən tapılmasını, onlayn valyuta konvertorundan istifadəni və kart sifarişi imkanını da təqdim edir.

Əlavə olaraq, Dostbank vasitəsilə kommunal, mobil operator, TV və internet ödənişləri həyata keçirilir, avtomatik ödənişlər təyin olunur və köçürmə tarixçəsinə çıxış təmin edilir.

Bundan başqa, “Zolotaya Korona” sistemi vasitəsilə ay ərzində 17 000 AZN-ə qədər köçürmə etmək mümkündür. Köçürmələr Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Serbiya, Kipr və İsrail də daxil olmaqla 11 ölkəyə yönləndirilir.

Beləliklə, “Dostbank” mobil tətbiqi müştərilərə tam rəqəmsal, çoxfunksiyalı və çevik bank xidmətləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mobil bankçılıq vasitəsilə hesab idarəçiliyi və ödənişlər daha çevik olur — Fins.az — Fins.az