Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

BANK
243

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.

Finss.az MDM-ə istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Elçin Əlizadə 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olub, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr dərəcəsini əldə edib. Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də başlayıb, 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru, 2022-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. Elçin Əlizadə 2023-cü ilin martından 2026-cı ilin yanvarına qədər MDM-in Müşahidə Şurasının sədri olub.

Eyni qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı MDM-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. U. İbrahimova 1987-ci il aprelin 7-də Bakı şəhərində anadan olub, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2010-cu ildə isə Macarıstanın Mərkəzi Avropa Universitetində magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə 2011-ci ildə PAŞA Bank ASC-də başlayıb, 2013–2022-ci illərdə müxtəlif vəzifələrdə çalışmış, 2022-ci ilin sentyabrında Azərbaycan Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.

Həmin tarixdə, Ağahüseyn Kamal oğlu Xudaverdiyev MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 1976-cı il fevralın 21-də Bakı şəhərində anadan olub, 2004-cü ildə Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 1999-cu ildən dövlət və maliyyə idarəetmə sahəsində fəaliyyət göstərib. O, 2016-cı ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi alıb, Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub — Fins.az — Fins.az