Milli Depozit Mərkəzi xidmət haqlarında güzəşt edəcək

Milli Depozit Mərkəzi xidmət haqlarında güzəşt edəcək

BANK
642

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının bu gün keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində qərar qəbul edilib.

Fins.az xəbər verir liqərara əsasən 1 may tarixindən etibarən Fond birjasında sәhmlәrin vә istiqrazların tәkrar bazarında bağlanan әqdlәri habelә repo әmәliyyatlarının qeydiyyatı üzrә Milli Depozit Mәrkәzinә ödәnilәn tariflәr 30 sentyabr 2020-ci il tarixinәdәk lәğv edilir.

Eyni zamanda, Fond birjasında dövlәt istiqrazları, Mәrkәzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan tәkrar bazar әqdlәri üzrә hesablaşmalar 30 sentyabr 2020-ci il tarixinәdәk “T+1” rejimindәn “T+0” rejiminә keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Depozit Mərkəzi xidmət haqlarında güzəşt edəcək — Fins.az — Fins.az