
Mikromaliyyələşdirmə və qeyri-bank kredit təşkilatlarının inkişafına dair strategiya hazırlanır-MƏRKƏZİ BANK RƏHBƏRİNDƏN AÇIQLAMA
Biz mikromaliyyələşdirmə və qeyri bank kredit təşkilatlarının inkişafına dair və sahibkarlar və istehlakçılar üçün maliyyə xidmətlərinin inklüzivliyinin təmin edilməsi üçün ayrıca strategiya hazırlayırıq.
"Fins.az" xəbər verir ki bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O bildirib ki, maliyyə sağlamlığını təmin etdikdən sonra biz maliyyə sektorunun iştirakçılıq səviyyəsinin genişləndirilməsi istiqamətində də işlər həyata keçirməyi planlaşdırırıq.
Mərkəzi Bank rəhbəri mikromaliyyələşdirmə və qeyri bank kredit təşkilatlarının fəaliyyəti ilə bağlı həyata keçirilməsi planlaşdırılan tədbirlərə də toxunaraq "Bu baxımdan biz mikromaliyyələşdirmə və qeyri bank kredit təşkilatlarının inkişafına dair və sahibkarlar və istehlakçılar üçün maliyyə xidmətlərinin inklüzivliyinin təmin edilməsi üçün ayrıca strategiya hazırlayırıq. Bu layihənin maliyyələşdirilməsi çərçivəsi üçün təhlükəsizlik və sintikasiya çərçivələrini hazırlamalıyıq.,"-deyə əlavə edib.
Taleh Kazımov fikirlərinin davamında "Ümid edirik ki,yaxın müddətdə onlar qəbul ediləcək və bazarlarda tətbiq ediləcək.Bu layihənin reallaşdırılmasının Azərbaycanda real sektorun maliyyələşməsinə böyük tövhəsi olacaq.,"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva