Mərkəzi banklar qızıl ehtiyatlarını azaltmağa başlayıb – SƏBƏBLƏR

Mərkəzi banklar qızıl ehtiyatlarını azaltmağa başlayıb – SƏBƏBLƏR

BANK
412

Dünyanın bir sıra ölkələrinin mərkəzi bankları son aylarda qızıl ehtiyatlarını azaltmağa başlayıb.

Fins.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, qlobal tənzimləyicilər Yaxın Şərqdə davam edən münaqişənin yaratdığı likvidlik problemləri fonunda qızıl alışından satışa keçiblər. Ekspertlər bildirirlər ki, qızıl qiymətləri yanvar ayında qeydə alınan pik səviyyədən sonra eniş mərhələsinə daxil olub.

Telekanalın məlumatına əsasən, xüsusilə inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qızılın ən aktiv satıcıları kimi çıxış edir. 2026-cı ildə Türkiyə qızıl ehtiyatlarını 131 ton azaldaraq bu sahədə ən diqqətçəkən ölkə olub. Qana da ən çox satış edən ölkələr sırasında yer alır. Bundan əlavə, Polşa tənzimləyicisinin də qızıl satışını nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik fonunda qızıl və gümüş qiymətləri əvvəlcə əhəmiyyətli dərəcədə artmışdı. Martın əvvəlində gümüşün qiyməti 5,81% yüksələrək 89,43 dollara çatmışdı. Lakin sonradan qiymətlərdə eniş müşahidə olunub və fevralın 5-dən bəri ilk dəfə olaraq troya unsiyası üçün qiymət 65 dollardan aşağı düşüb.

Analitiklər hesab edirlər ki, mərkəzi bankların qızıl satışına keçməsi qlobal maliyyə bazarlarında likvidlik ehtiyaclarının artması və qiymət korreksiyası ilə birbaşa əlaqəlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi banklar qızıl ehtiyatlarını azaltmağa başlayıb – SƏBƏBLƏR — Fins.az — Fins.az