
Mərkəzi Bankın bu həftə verəcəyi mühüm faiz qərarı
Azərbaycan Mərkəzi Bankının pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Bankın İdarə heyətinin növbəti iclası 1 May 2020-ci il tarixində (cümə günü) keçiriləcək və faiz dəhlizinin parametrlərinə dair qərar da həmin gün açıqlanacaqdır.
Fins.az xəbər verir ki, mayın 1-də Mərkəzi Bankın qəbul edəcəyi qərar mühüm əhəmiyyət kəsb edəcək.
2020-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin artıq 2 dəfə iclası keçirilib. 31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi. (9% və 5.5%).