Mərkəzi Bankın 7,2 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

Mərkəzi Bankın 7,2 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

BANK
495

2020-ci ildə Mərkəzi Bankın 7 milyard 190 milyon manat dəyərində notları, 2 milyard 925 milyon manat dəyərində dövlət istiqrazları, 1 milyard 291,2 milyon manat dəyərində korporativ istiqrazları, 765,5 milyon manat dəyərində səhmləri dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 6 milyard 447,3 milyon manatlıq notları, 1 milyard 163,2 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 70,2 milyon manatlıq korporativ istiqrazları və 365,4 milyon manatlıq səhmləri yerləşdirilib.

Keçən il nominal dəyəri 1 milyard 703,3 milyon manat olan korporativ istiqrazları, Mərkəzi Bankın 491,4 milyon manatlıq
notları, 520,9 milyon manatlıq dövlət istiqrazları və 217,6 milyon manatlıq səhmləri tədavüldə olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın 7,2 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb — Fins.az — Fins.az