Mərkəzi Bankdan vətən müharibəsi ilə bağlı dəstək

Mərkəzi Bankdan vətən müharibəsi ilə bağlı dəstək 

BANK
408

Bakı 21 dekabr Fins.az

Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Ordusuna Yardım Fonduna vəsait köçürmüş, Mərkəzi Bankın əməkdaşları da bu xeyriyyəçilik tədbirinə könüllü surətdə qatılıb. 

Fins.az xəbər verir ki, bununla yanaşı Biləsuvar rayonundan olan 30 şəhidin qəbirüstü abidəsinin düzəldilməsi maliyyələşdirilib.Eyni zamanda Cəbrayıl rayonundan olan 27 şəhidin ailəsinə, habelə Vətən müharibəsində ağır yaralanmış və müxtəlif xəsarətlər almış 5 hərbçiyə maliyyə yardımı edilmişdir. Döyüşlərdə ağır yaralanan bir əsgərin xarici ölkələrin birində müalicə edilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankdan vətən müharibəsi ilə bağlı dəstək — Fins.az — Fins.az