
Mərkəzi Bankdan valyuta satışlarının fasiləsizliyi ilə bağlı AÇIQLAMA
12 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib
Fins.az xəbər verir ki, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilmişdir.
Eyni zamanda qeyd edilib ki, hərracda tələb 220,8 mln.ABŞ dolları təşkil etmişdir ki, bu da qrafik üzrə 10 mart 2020-ci il tarixində keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 mln.ABŞ dolları və ya 32% az olmuşdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.