
Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib
O bildirib ki,Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti iclası keçirilib.
AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.