Mərkəzi Bank ölkənin 4-cü böyük bankına əl qoydu

Mərkəzi Bank ölkənin 4-cü böyük bankına əl qoydu

BANK
819

Hindistan Mərkəzi Bankı, hökumətin xilasetmə planı daxilində ağır vəziyyətdəki "Yes Bank"a rəhbərliyi öz üzərinə götürüb (rəhbərliyə əl qoyub). 

Fins.az xəbər verir ki, 30 gün ərzində xilasetmə planı hazırlanacaq. 

Hindistanın Mərkəzi Bankının açıqlamasında, ölkənin dördüncü böyük özəl bankı olan "Yes Bank"a öhdəlikləri üçün ödəniş etməmək təlimatı verdiyi qeyd edilib. Bankdan pul çıxarılması 50 000 rupi (682 dollar) ilə məhdudlaşdırılıb. 

 

Qeyri-rəsmi məlumata görə, ölkənin ən böyük bankı olan "State Bank of India" "Yes Bank Ltd"-yə yeni sərmayə yatıracaq bir konsorsiuma liderlik edəcək.

Hindistan istehlakçılara və kiçik müəssisələrə böyük miqdarda kredit verən ənənəvi olmayan banklardakı böhranı nəzarət altına almaqda çətinlik çəkir. Hindistanın qarşı-qarşıya olduğuı bu çətinlik iqtisadi artımın 11 ilin ən aşağı səviyyəsinə yavaşlamasına gətirib çıxarıb. Həmçinin bu qərar hökumətin azalan investor etibarını artırmaq üçün müdaxilə etmək məcburiyyətində qalmasının digər bir nümunəsidir.

"Yes Bank" ehtiyacı olduğu sərmayəni sürətli bir şəkildə təmin edə bilməyib. Hindastanın kredit bazarında azalma davam edir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank ölkənin 4-cü böyük bankına əl qoydu — Fins.az — Fins.az