
Mərkəzi Bank maliyyə sahəsində tətillərin verilməsi imkanını nəzərdən keçirəcək- BAŞ BANKİR AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı makroiqtisadivə maliyyə sabiltiyinin dəstəyini davam etdirəcək, uçot dərəcəsinin artırılması potensialının mövcudluğunu qeyd edir.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq. İkincisi, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik», - Rüstəmov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
Onun sözlərinə görə, maliyyə sabitliyi diqqət altındadır və daimi nəzarətdədir.
“Mərkəzi Bank situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə Mərkəzi Bankın müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxararaq lazımi addımlar atılacaq”, - o qeyd edib.
Rüstəmov bildirib ki, monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində AMB-ni faiz dərəcəsi ilə bağlı dilemma qarşısında qoyub.
“Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq (hazırda 7,25%-dir - İF). Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur.biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik», - AMB-nin sədri bildirib.