Mərkəzi Bank investisiya şirkətinə xəbərdarlıq edib

Mərkəzi Bank investisiya şirkətinə xəbərdarlıq edib

BANK
423

Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.

Finss.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb.

Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners"ə icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank investisiya şirkətinə xəbərdarlıq edib — Fins.az — Fins.az