Mərkəzi Bank banklar üzrə kapital adekvatlıq əmsalına dair tələbləri 2021-ci ilə kimi azaldır

Mərkəzi Bank banklar üzrə kapital adekvatlıq əmsalına dair tələbləri 2021-ci ilə kimi azaldır

BANK
894

Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyası dövründə bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunmasına dair bir sıra requlyativ tədbirlər qəbul edib. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, tədbirlər paketinə əsasən, AMB sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 12%-dən 11%-dək azaldılmasını planlaşdırır. Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 10%-dən 9%-ə azaldılması nəzərdə tutulur. Həmçinin, kontr-tsiklik kapital buferinin 0.5%-dən 0%-ə endiriləcək.

Bu tələblər 1 yanvar 2021-ci ilədək qüvvədə olacaq.

Bundan başqa, AMB bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılmasını planlaşdırır. O cümlədən, AMB bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsini banklara tövsiyə edir.

Həmçinin, kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək təxirə salınır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank banklar üzrə kapital adekvatlıq əmsalına dair tələbləri 2021-ci ilə kimi azaldır — Fins.az — Fins.az