Mərkəzi Bank 2025-ci il üzrə Müsahibə Komissiyası statistikasını açıqlayıb

Mərkəzi Bank 2025-ci il üzrə Müsahibə Komissiyası statistikasını açıqlayıb

BANK
365

Azərbaycan Mərkəzi Bankı 2025-ci il ərzində Müsahibə Komissiyasında bank, sığorta və kapital bazarı sektorlarında Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyinatı üçün keçirilmiş müsahibələrin statistikasını açıqlayıb.

Fins.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, Maliyyə, Bank və Sığorta sektoru üzrə ümumi müraciət sayı 114 olub; bunlardan 96-sı uyğun, 18-i isə uyğun sayılmayıb. Kapital bazarı sektorunda isə ümumi müraciət sayı 49, uyğun müraciətlər 42, uyğun sayılmayanlar isə 7 təşkil edib.

Cədvəldə həmçinin hər bir sektor üzrə Müşahidə Şurası, İcra orqanı (İdarə Heyəti) və Direktorlar Şurasına aid müraciətlərin sayı əks olunub. Statistik məlumatların illik əsasda açıqlanması Mərkəzi Bankın qərarlarının şəffaflığını artırır.

Məlumatı nəzərdən keçirmək üçün link: https://uploads.cbar.az/assets/8fab9c0a702990d2c0619e977.pdf

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank 2025-ci il üzrə Müsahibə Komissiyası statistikasını açıqlayıb — Fins.az — Fins.az