MBNP-nin ləğvi ilə bağlı Mərkəzi Banka 27 mln. manata yaxın vəsait daxil olub

MBNP-nin ləğvi ilə bağlı Mərkəzi Banka 27 mln. manata yaxın vəsait daxil olub

BANK
652

Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından  ləğvi və funksiyalarının Azərbaycan Mərkəzi Bankına  verilməsi ilə bağlı AMB-yə 26 958 min manat daxil olub.

Bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 28 noyabr tarixində MBNP-nin ləğv edilməsi və Azərbaycan qanunlarında müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırılma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının AMB-yə verilməsi nəticəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 958 min manat kapital ehtiyatlarına aid edilib və Banklın kapital ehtiyatları 526 958 min manat təşkil edib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MBNP-nin ləğvi ilə bağlı Mərkəzi Banka 27 mln. manata yaxın vəsait daxil olub — Fins.az — Fins.az