Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BANK
447

17 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040265 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 89.6046 (12%) manat və 97.2615 (7.4999%) manat olan 48 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.6645 (8.4%) manat, orta ölçülmüş qiyməti isə 95.9785 (8.2215%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 211,434,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 14.10.2025-ci ildir.

Hərrac iştirakçıları 18 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az