Maliyyə bazarlarına dəstək tədbirləri bank sistemi üçün nə vəd edir?- MÖVCUD TRENDLƏR

Maliyyə bazarlarına dəstək tədbirləri bank sistemi üçün nə vəd edir?- MÖVCUD TRENDLƏR

BANK
973

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarı iştirakçılarının pandemiyadan qorunması istiqamətində requlyativ tətillərin verilməsi, istehlakçıların hüquqlarının qorunması, kredit ekspansiyasına şərait yaradılması, dijitallaşmaya keçidin sürətləndirilməsi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən geniş spektrli dəstək proqramı qəbul etdi.

İlk öncə onu qeyd edək ki,“resurs paradoksu” nəzəriyyələrindəkarbohidrogen resurslarına malik ölkələrin maliyyə-bank sistemlərinin tarixən digərləri ilə müqayisədə daha çox çağırışlarla üzləşdiyiiddia olunur. İqtisadi ədəbiyyatlarda həm də “resursların lənəti” adını almış bu tendensiyanın səbəbləri ilə bağlı yekdil fikirlər olmasa da, bu cərəyanın sonradan maliyyə sektoru vasitəsilə digər iqtisadi sektorlara da ötürüldüyünü demək olar. Təkcə siyasi səbəblərdən son 50 ildə neft qiymətlərində dəfərlərlə kəskin dalğalanmalar (Yom Kippur müharibəsindən Liviya böhranına qədər) baş verib vənüfuzlu beyin mərkəzlərinin analizlərinə görəhətta gəlirlərin artması halında belə kəskin tərəddüdlərqeyri-işlək kreditlərin  artması, likvidliyin buxarlanması, risklərin artması ilə müşayiət olunmaqla maliyyə sistemlərinin inkişaf zəncirini dalğalandırır.Bu proses sonradan digər iqtisadi sektorlarda ÜDM artımının enməsi, dövlət gəlirlərinin və yığımın azalması, işsizliyin, fiskal defisitin artımı və s. şəklində paralel və transfersal qaydada müşahidə olunmağa başlayır. Örnəyi olaraq,Beynəlxalq Valyuta Fondunun ekspertləri tərəfindən 68 hidrokarbon ölkəsi üzrə aparılmış təhlillər bank sistemi aspektləri üzrə maliyyə dərinliyinin bu ölkələrdə digərlərinə nəzərən daha zəif olduğunu göstərib(özəl sektora kredit/ÜDM,depozit/ÜDM, özəl sektora kredit/depozit və s. nisbətlər üzrə).

Lakin bütün çağırışlara baxmayaraq, Azərbaycanın maliyyə-bank sisteminin ümumi tematikası onun ötən illər ərzində bütün əsas elementlər üzrə - maliyyə dərinliyi, maliyyə sabitliyi, maliyyə effektivliyi və maliyyə inklüzivliyi üzrə kifayət qədər uğurlu inkişaf tendensiyaları nümayiş etdirdiyini göstərir.

Hazırda ölkənin bank sektoru 2015-ci ilin neft böhranından sonra mötədil artım tendensiyasınümayiş etdirməklə sabitləşmə və inkişaf fazası arasında “var-gəl etməkdədir”.Örnəyi olaraq,cari dövrəfiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,2 milyard, ümumi depozitlərin həcmi isə 24,9 milyard manatı ötmüşdür və 2016, 2017-ci illlərin neqativ istiqamətli tendensiyası  son iki il ərzində hər iki göstərici üzrə artmadinamikası ilə əvəz olunub. Bir sıra keyfiyyət göstəriciləri də,yəni xarici valyutaların xüsusi çəkisi böhran dövrü ilə (2015, 2016) müqayisədə 2 dəfəyə yaxın azalıb, tələb olunan depozitlərin  xüsusi çəkisinin artım tendensiyası isə demək olar ki, son 1 il ərzində sabitləşmə meyli nümayiş etdirib.Kredit portfelləri üzrə dedollarizasiya prosesləri də 2016-cı illə müqayisədə 16 % artmaqla 65 %-ə çatıb.Bank sisteminin effektivliyi üzrə elementlərdən olan həm milli valyuta, həm də xarici valyutada faiz dərəcəsi spredi 4 % ətrafında stabilləşmişdir. Dünya Bankının məlumatlarının analizi də bir sıra region ölkələri ilə müqayisədə Azərbaycanın bu istiqamətdə göstəricilərinin (Qırğızıstan-17,1, Ukrayna-7,2 və s.) nikbin olduğunu göstərir. Əlbəttə ki, makroiqtisadi sabitlik daha da gücləndikcə və maliyyə sisteminin sağlamlaşdırılması tədbirləri icra edildikcə keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasıüzrə potensial imkanlar daha da artacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə bazarlarına dəstək tədbirləri bank sistemi üçün nə vəd edir?- MÖVCUD TRENDLƏR — Fins.az — Fins.az