
Kristin Laqard: "2008 bənzəri böhran ilə qarşı-qarşıyayıq"
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, Avropanın, koronavirusa qarşı təcili tədbirlər görülməsə 2008-ci il bənzəri böhran riski ilə qarşı-qarşıya olduğunu söyləyib.
Fins.az xəbər verir ki, Laqard, liderlərin koronavirus mövzusunda təcili hərəkətə keçməmələri vəziyyətində, Avropanın 2008 maliyyə böhranına bənzər böyük bir iqtisadi şok riski ilə qarşı-qarşıya olduğunu söyləyib.
Laqard, doğru reaksiya ilə, şokun ehtimalla qısa davam edəcəyini sözlərinə əlavə edib.
AMB-nin bu həftəki yığıncaqda bütün vasitələrə baxacağı və bunların arasında xüsusilə "super ucuz" maliyyələşmə olacağı bildirilir.