Kredit və debet əməliyyatlarını vahid kartda idarə etmək mümkün olacaq

Kredit və debet əməliyyatlarını vahid kartda idarə etmək mümkün olacaq

BANK
282

Fins.az“Ziraat Bank Azərbaycan” ASC kredit və debet kartlarının funksiyalarını birləşdirən Bankkart məhsulunu müştərilərinə təqdim edir.

Bankın məlumatına görə, kartın ön tərəfi kredit, arxa tərəfi isə debet kartı kimi istifadə olunur və həm nağdsız ödənişlər, həm də nağdlaşdırma əməliyyatları üçün nəzərdə tutulub.

Məlumata əsasən, Bankkart VISA və MasterCard ödəniş sistemləri üzrə Sadə və Platinum növlərində təqdim olunur. Bank bildirib ki, kart sahibləri 40 günədək güzəşt müddəti, 12 aya qədər hissəli ödəniş, partnyor şəbəkələrdə faizsiz taksit və keşbek imkanlarından yararlana, həmçinin kartdan onlayn alış-verişlərdə və təmassız ödənişlərdə 3D Secure təhlükəsizlik sistemi ilə istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kredit və debet əməliyyatlarını vahid kartda idarə etmək mümkün olacaq — Fins.az — Fins.az