
Kart bazarında bonus və keşbek rəqabəti güclənir
Fins.az – Bank Respublika müştərilərinə Mastercard Neo Standard (NeoKart) kartını təqdim edir.
Bankın məlumatına görə, NeoKart istifadəçiləri alış-veriş etdikləri məkandan asılı olmayaraq – restoranlarda, yanacaqdoldurma məntəqələrində, mağazalarda və digər ticarət obyektlərində – Neobonuslar qazana bilərlər.
Toplanan Neobonusları keşbek, danışıq dəqiqələri, mobil internet paketləri və ya səyahət millərinə çevirmək mümkündür.
NeoKartın buraxılış haqqı seçilən istifadə müddətindən asılı olaraq 10 AZN, 15 AZN və ya 20 AZN təşkil edir.
Kart sahiblərinə bütün alış-verişlər üzrə 1%-dək, seçilmiş kateqoriyalar üzrə isə 5%-dək keşbek təqdim olunur.
NeoKart 1 il, 2 il və ya 3 il müddətinə rəsmiləşdirilə bilər.
Kart AZN, ABŞ dolları (USD) və avro (EUR) valyutalarında təqdim edilir.
Bankın məlumatına əsasən, kart qalığına AZN üzrə 3%, USD üzrə isə 0,1% illik faiz hesablanır.
Bundan əlavə, NeoKart istifadəçiləri 45 gün güzəşt müddəti ilə kredit xəttindən də yararlana bilərlər.