
Kart balansını müxtəlif valyutalarda artırmaq mümkündür
Fins.az – Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə kart balansını həm ABB mobile tətbiqi, həm də yeni nəsil təmassız bankomatlar vasitəsilə artırmaq imkanı təqdim edir.
Bankın məlumatına görə, yeni nəsil təmassız ATM-lər karta mədaxil (Cash-in) funksiyasını dəstəkləyir. Müştərilər kartın üzərindəki 16 rəqəmli nömrəni daxil etməklə kart balansını AZN, ABŞ dolları (USD) və avro (EUR) valyutalarında artıra bilərlər.
Bildirilib ki, bu xidmətdən istifadə zamanı Bankın tariflərinə uyğun olaraq komissiya haqqı tətbiq oluna bilər.
Məlumata əsasən, ABB mobile tətbiqi vasitəsilə balansın artırılması üçün istifadəçi əvvəlcə tətbiqə daxil olaraq kartın üzərinə klikləməli və "Balansı artır" bölməsini seçməlidir. Daha sonra göndərən kart seçilir, köçürmə detalları daxil edilərək əməliyyat təsdiqlənir.
Bank qeyd edib ki, karta mədaxil əməliyyatı yalnız kartın valyutası ilə eyni valyutada həyata keçirilə bilər. Bununla yanaşı, yalnız AZN hesabına ABŞ dolları (USD) ilə mədaxil funksiyası aktivdir.