Kapital Bank Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək verir

Kapital Bank Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək verir

BANK
251

“Kapital Bank” Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.

Fins.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və inkişaf layihələri bankın prioritet istiqamətlərindəndir.

F.Hüseynov bildirib ki, “Kapital Bank” azad olunmuş ərazilərdə sosial rifahın yüksəldilməsi və məşğulluğun artırılması istiqamətində də fəaliyyət göstərir.

Bu barədə həmçinin bankın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev də məlumat verib. O qeyd edib ki, bank Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində fəaliyyət göstərir və həmin ərazilərdə yaşayan vətəndaşlar üçün bütün bank xidmətləri əlçatandır.

C.Mirzəyev əlavə edib ki, “Kapital Bank” Mingəçevirdə açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyasının modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biridir.

O, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışaraq bildirib ki, bank bu istiqamətdə innovativ layihələrə də dəstək verir. Bu çərçivədə “SABAH.city” innovasiya klasterinin maliyyələşdirilməsi ilə bağlı qərar da qəbul olunub.

Məlumata görə, “SABAH.city” insan kapitalının inkişafı, iş yerlərinin yaradılması, elmi tədqiqatların kommersiyalaşdırılması və bilik transferini dəstəkləyən innovativ layihədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək verir — Fins.az — Fins.az