Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu

Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu

BANK
4,265

Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Kapital Bank nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün növbəti kampaniyaya start verib. Belə ki , Bank gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0% endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.az, www.kapitalbank.az, 8196-ya SMS, BirBank və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya 30 iyun 2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, son iş yerində stajı minimum 3 ay olan, rəsmi gəliri olanlar, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu — Fins.az — Fins.az