Kapital Bank 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb - Ağarza Baxşiyev

Kapital Bank 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb - Ağarza Baxşiyev

BANK
290

2025-ci ildə “Kapital Bank” müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.

Fins.az xəbər verir ki, bunu bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci il ərzində bank tərəfindən 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq ehtimalı olduğu üçün bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma riski olan 7 milyon 22 min 165 manat vəsait qorunub.

A.Baxşiyev qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı artıb. Xüsusilə sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər intensiv xarakter alıb.

O bildirib ki, “Kapital Bank” adından saxta reklam, elan və lotereya kampaniyaları həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.

Bank rəsmisi əlavə edib ki, Birbank mobil tətbiqinə əlavə edilən yeni funksionallıq da dələduzluqla mübarizədə effektiv nəticə verib. Belə ki, müştərilər artıq zəng edən şəxsin bank əməkdaşı olub-olmadığını tətbiq üzərindən yoxlaya bilirlər. Əgər zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa, müştərinin mobil tətbiqində bunu təsdiqləyən bildiriş görünür.

A.Baxşiyevin sözlərinə görə, bu yenilikdən istifadə edən 10 000 nəfərə yaxın vətəndaş dələduzları ifşa edərək öz vəsaitlərini qoruyub və daha sonra bankla əlaqə saxlayıb.

O həmçinin qeyd edib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus aşkar edildiyi üçün həmin cihazlarda Birbank tətbiqi bloklanıb. Bu addım minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almağa imkan verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb - Ağarza Baxşiyev — Fins.az — Fins.az