
Kanadadan Azərbaycana pul köçürmələri artıb
2025-ci ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,390 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilə müqayisədə 647 min dollar və ya 6,4% azalma deməkdir. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Kanadanın payı 1,9% olub.
Eyni zamanda, 2025-ci ildə Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 5,382 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 790 min dollar və ya 17,2% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Kanadanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Kanadaya köçürmələr 10,037 milyon dollar, əks istiqamətdə isə 4,592 milyon dollar olub.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələri 505,139 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 21,6 milyon dollar və ya 4,1% azalma deməkdir. Həmin dövrdə xarici ölkələrdən Azərbaycana pul köçürmələri 1,177 milyard dollar olub ki, bu göstərici 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artıb.