İsveçrənin Azərbaycana sərmayəsi 5,1 dəfə artıb

İsveçrənin Azərbaycana sərmayəsi 5,1 dəfə artıb

BANK
413

2025-ci ildə İsveçrədən Azərbaycana birbaşa investisiyaların həcmi 326,378 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 261,982 milyon dollar və ya 5,1 dəfə artım deməkdir.

Məlumata görə, hesabat ilində İsveçrədən Azərbaycana yönəldilən investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 4,9% olub. 2024-cü ildə isə bu göstərici 64,396 milyon ABŞ dolları təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçrənin Azərbaycana sərmayəsi 5,1 dəfə artıb — Fins.az — Fins.az