
İsveçdən Azərbaycana birbaşa xarici investisiyalar 8,6 dəfə artıb
2025-ci ildə İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 33,085 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankı-ya istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 29,2 milyon dollar və ya 8,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçdən reallaşan sərmayələrin payı 0,5% olub.
Öz növbəsində Azərbaycan 2025-ci ildə İsveç iqtisadiyyatına 21,077 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ilə nisbətən 24,4 milyon dollar və ya 2,2 dəfə azdır. Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə yatırılan Azərbaycan investisiyalarının payı 0,8% təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü il göstəricisinə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il ilə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.