İslam İnkişaf Bankı Qrupu 14-cü Özəl Sektor Forumunu (PSF 2026) Bakıda keçirəcək

İslam İnkişaf Bankı Qrupu 14-cü Özəl Sektor Forumunu (PSF 2026) Bakıda keçirəcək

BANK
230

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq çərçivəsində 16–19 iyun 2026-cı il tarixlərində Bakıda 14-cü Özəl Sektor Forumunun (PSF 2026) keçiriləcəyini elan edib.

Fins.az xəbər verir ki, forum Bakı Konqres Mərkəzində baş tutacaq.

Tədbir İİB Qrupunun İllik Toplantıları çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) iştirakı ilə təşkil olunacaq.

“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF 2026 regional iqtisadi artımın təşviqi, ticarət və investisiya axınlarının genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Forum özəl sektorun iqtisadi inkişafda rolunun artırılmasını, yeni biznes imkanlarının yaradılmasını və regional dəyər zəncirlərinin inkişafını əsas prioritet kimi müəyyən edir.

Tədbir çərçivəsində infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə kimi sahələrdə yeni investisiya imkanları müzakirə olunacaq.

PSF 2026 B2B və B2G formatlı görüşlər, startap proqramları, sərgi platforması və bilik mübadiləsi sessiyalarını da əhatə edəcək.

Forumun 1500-dən çox iştirakçını – dövlət rəsmilərini, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə institutlarını, investorları və sahibkarları bir araya gətirməsi gözlənilir.

Tədbir çərçivəsində İİB Qrupunun Fərqlənmə Mükafatlarının dördüncü təqdimatı da keçiriləcək.

Forumda ICIEC-in baş icraçı direktoru Dr. Xalid Xələfalla və ITFC-nin baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl Aama da daxil olmaqla bir sıra yüksək səviyyəli natiqlərin iştirakı nəzərdə tutulur.

Əlavə məlumat üçün rəsmi veb-sayt: www.isdbg-psf.org

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İslam İnkişaf Bankı Qrupu 14-cü Özəl Sektor Forumunu (PSF 2026) Bakıda keçirəcək — Fins.az — Fins.az