İslam İnkişaf Bankı ilə 96,48 mln. dollarlıq suvarma layihəsi üzrə kredit sazişi bağlanıb

İslam İnkişaf Bankı ilə 96,48 mln. dollarlıq suvarma layihəsi üzrə kredit sazişi bağlanıb

BANK
321

Fins.az - Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2024-cü ilin noyabr ayında BMT-nin COP29 sessiyası çərçivəsində İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə sazişlər imzalanıb.

Layihə çərçivəsində:

  • Cəbrayıl və Füzuli rayonlarında 252,0 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq,

  • 12 620 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək,

  • Layihə İslam İnkişaf Bankının dövlət zəmanəti ilə maliyyələşdirilən ilk layihəsidir.

Hesabatda həmçinin bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan daha bir infrastruktur layihəsi – “Qarabağ suvarma kanalının yenidən qurulması” – Qarabağ zonasının və ona bitişik 9 rayonun (Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli) 115 min hektara yaxın əkin sahələrinin suvarılması, yaşayış məntəqələrinin içməli və məişət suları ilə təmin edilməsi məqsədini daşıyır. Layihənin maliyyələşdirilməsi üzrə danışıqlar davam edir və sazişlərin 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun Azərbaycandakı İllik Toplantısı çərçivəsində imzalanması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İslam İnkişaf Bankı ilə 96,48 mln. dollarlıq suvarma layihəsi üzrə kredit sazişi bağlanıb — Fins.az — Fins.az