İpoteka və Kredit Zəmanət Fondu 173,6 mln manat məbləğində krediti verib

İpoteka və Kredit Zəmanət Fondu 173,6 mln manat məbləğində krediti verib

BANK
941

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun  agent bankları tərəfindən 173,6 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin göstəricisindən 36,3% azdır.

Bu barədə  Mərkəzi Bank məlumat yayımlayıb məlumatda bildilir ki, dekabrda fondun agent bankları tərəfindən 14,7 milyon manat məbləğində ipoteka krediti verilib.

2019-cu ilin dekabr ayında İKZF 220,4 milyon manat məbləğində krediti (2018-ci illə müqayisədə azalma 9,9% - İF) təkrar maliyyələşdirib.

Dekabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün 2019-cu ildə büdcədən 80 milyon manat ayırıb.

Bundan başqa, İKZF 2019-cu ildə istiqrazların yerləşdirilməsindən 150 milyon manat cəlb edib.

2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 milyon manat məbləğində ipoteka krediti verilib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İpoteka və Kredit Zəmanət Fondu 173,6 mln manat məbləğində krediti verib — Fins.az — Fins.az