
İpoteka və Kredit Zamanət Fondu borcunu 20 milyon manat da artırdı
6 mart Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC-nin 20 milyon manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb
Məlumatda bildirilir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.