İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

BANK
638

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edəcək elektron sistemin yaradılması məsələlərinə dair iclas keçirilib.

Xidmətdən “Fins.az"-a verilən məlumata görə, iclasda Mərkəzi Bankın, İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları da iştirak edib.

Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.

Tədbirdə ipoteka kağızının elektron sisteminin mahiyyəti və iş qaydası barədə təqdimat dinlənilib, ipoteka kağızının tərtib edilməsi, dövlət qeydiyyatına alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı əməliyyatlar əyani şəkildə test rejimində göstərilib və fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır — Fins.az — Fins.az