“ING” Azərbaycanın ÜDM artımı proqnozunu 2028-ci ilə qədər açıqlayıb

“ING” Azərbaycanın ÜDM artımı proqnozunu 2028-ci ilə qədər açıqlayıb

BANK
224

Fins.az - Niderlandın “ING bank qrupu”nun analitiklərinin yenilənmiş proqnozuna görə, Azərbaycanda 2026-cı ildə illik ÜDM artımı 2,5%, 2027-ci ildə isə 3% səviyyəsində gözlənilir.

2026-cı ilin rüblük ÜDM artımı proqnozu:

  • I rüb — 3%

  • II rüb — 2%

  • III rüb — 4%

  • IV rüb — 1%

2027-ci ilin rüblük proqnozu belədir:

  • I rüb — 3%

  • II rüb — 3,5%

  • III rüb — 2%

  • IV rüb — 3,5%

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 129,1 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 1,4% çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6% azalarkən, qeyri-neft-qaz sektorunda 2,7% artım müşahidə olunub.

ÜDM istehsalının sahələr üzrə bölgüsü:

  • Sənaye — 33,0%

  • Ticarət, nəqliyyat vasitələrinin təmiri — 11,3%

  • Nəqliyyat və anbar təsərrüfatı — 7,1%

  • Tikinti — 6,5%

  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq — 5,9%

  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə — 2,8%

  • İnformasiya və rabitə sahələri — 2,1%

  • Digər sahələr — 21,7%

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edib. Hər bir əhaliyə düşən ÜDM 12 602,2 manat olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“ING” Azərbaycanın ÜDM artımı proqnozunu 2028-ci ilə qədər açıqlayıb — Fins.az — Fins.az