ING 2027-ci ilə qədər Azərbaycanda ticarət profisiti proqnozlarını açıqlayıb

ING 2027-ci ilə qədər Azərbaycanda ticarət profisiti proqnozlarını açıqlayıb

BANK
483

Niderlandın ING Group maliyyə qrupu proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2024-cü ildəki ÜDM-in 6,3%-indən 2%-ə enəcək, 2026-cı ildə isə bu göstərici 3,3% səviyyəsində defisitə çevrilə bilər.

Finss.az xəbər verir ki, oxşar tendensiya ticarət balansında da müşahidə olunur: 2024-cü ildə ÜDM-in 11,9%-i olan ticarət profisiti 2025-ci ildə 6,3%-ə, 2026-cı ildə isə 1,2%-ə qədər azalacaq. Eyni zamanda, ölkənin xarici borcu nisbətən sabit qalacaq – 2024-cü ildə ÜDM-in 20,2%-i, 2025-ci ildə 19,5%, 2026-cı ildə 19,7% təşkil edəcək.

Cari əməliyyatlar balansının azalması neft qiymətlərinin düşməsi və idxalın davamlı artımı ilə əlaqələndirilir. Azərbaycan Mərkəzi Bankı valyuta bazarındakı axınlara diqqət yetirir və xarici sabitliyin qorunmasının vacibliyini vurğulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ING 2027-ci ilə qədər Azərbaycanda ticarət profisiti proqnozlarını açıqlayıb — Fins.az — Fins.az