
İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə nə qədər kredit verilib- SAY
İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan fins.az-a verilən məlumatda bildirilir ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 28 min 667 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 445,26 milyon manat təşkil edir.